среда, 15 апреля 2015 г.

XIII GÜN

XIII gün yenidən blog yazılarının müzakirəsi oldu.Hər kəsin  işi qiymətləndirildi çatışmazlıqlar aradan qaldırıldı.

Sonra" Fasilitasiya" anlayışı və onun rolu ,əhəmiyyəti haqqında bir daha izahat verildi.Bir daha izah olundu ki, fasilitator istiqamət verən bələdçilik edəndir.Müəllim niyə fasilitator adlanır?
Ənənəvi təhsildə müəllim hər şeyi özü izah edirdi və şagird hər şeyə düşünmədən beyin hemlesi etmədən rahat nail olurdu.Bu isə yaddaşda qısa müddətli qalırdı.Müasir təhsil sistemində isə müəllim şagirdin qarşısına problem qoyur, istiqamət verərək,  onun bir başa həllini yox, onun həlli yolunu göstərərək fasilitator rolunu oynayır.Şagird maragına uyğun tapşırıq yerinə yetirməklə problemin həlli yolunu tapır.Hər şeyə zəhmət çəkib özü araşdırdığı üçün bu onun yaddaşında uzun müddətli qalır.
Əgər ənənəvi dərsdə müəllim dediyini şagird qanun kimi qəbul edirdisə, müasir tədrisdə isə şagird müəllimin dedikləri ilə razılaşmaya bilər, özü sərbəst fikir söyləyə və ideyalar irəli sürə bilər.
     Növbəti mərhələ layihənin öyrənilməsi planınin yekunlaşdırılması oldu.Hər kəsin işinə baxış keçirilərək düzəlişlər edildi.

Комментариев нет:

Отправить комментарий