понедельник, 13 апреля 2015 г.

XI GÜN

 Şagird işi və layihə planına təkrar baxış keçirildi  deyişikliklər edərək təkmilləşdirdik.
Şagird bloqları 3,2,1 qaydasıyla müzakirə olundu.Cütlərlə yaradılan işlərə baxış keçirdik.Layihə blogunun 3 mənfi,2 müsbət cəhət və 1 məsləhət qeyd etdik.Belelikle görülən işləri yenidən nəzərdən keçirmiş olduq.
Daha sonra blogun nə cür qiymətləndirilməsi mövzusu ətrafında müzakirə oldu. Qiymətləndirmə üçün müəyyən bir meyarlar seçilir.Məsələn meyarlar məzmun,tərtibat,mövzunun aktuallığı,tehlil,müqayisə və tədqiqatın araşdırılmasına əsasən qurula 
bilər.Qiymətləndirmənin önəmi ondan ibarətdirki meyarlar öncədən seçildiyinə görə və şagirdlər meyarlarla taniş olduğuna görə bu qiymətləndirmə obyektiv olur.Layihənin hər bir tərəfi qiymətləndirilir və heç bir məqam diqqətdən kənar qalmir.Sonra bizə qiymətləndirmə cədvəli verildi.Biz  4 səviyyədə meyarlar tertib etdik.
   növbəti tanışlıq Qardner nəzəriyyəsi oldu.Buradan aydın izah olundu ki şagirdlər öyrənmə səviyyəsinə və  qavrama tərzlərinə görə 3 tipə bölünür.
1)Visual 
2)Akustik
3)Kinesstetik
Vizual qavrama görərk ,Akustik eşitmə, Kinestetik isə toxunma vasitəsilə qavrama tərzidir.
Bu da muasir təlimdə şagirdlərə fərdi yanaşmanın vacib oldugunu təsdiqləyir.
Həmçini şagirdlərin bəzilərində beyinin sağ bəzilərin də isə sol yarimkürəsi inkişaf edib ki bu da onları inteqral və analitik olmalarinda özünü ğöstərir.Buna görə hər bir şagirdin özünə uygun yanaşmaq və tapşırıq vermək lazimdir.Bu isə differensiallaşma yəni fərqləndirmə adlanır.

Комментариев нет:

Отправить комментарий