
Sonra biz ünsiyyət qurmaq məqsədilə internetdən istifadə yollarını araşdırdıq.İnternet komunikasiya vasitələri şagirdlərə layihəni həyata keçirərkən onlara həm, böyük həm də öz yaşıdları ilə ünsiyyət qurmaq imkanı verir.Lakin hər bir şagirdin kompyuterlə təmin olduğu sinifdə elektron yolla ünsiyyət qurmaq şagirdlərin diqqətini layihənin həllindən yayındıra bilər.Buna görə belə otaqlarda müəllim bunlara nəzarət etməlidir ki, verilən tapşırıqlar vaxtında yerinə yetirilsin.Lahiyənin keyfiyyətli yerinə yetirilməsində elektron komunikasiya vasitələrinin böyük təsiri var.
növbəti mərhələdə WEB- 2 alətləri ilə tanışlıq və onlardan istifadə qaydaları oldu.Biz əvvəllər Web- 1 alətlərindən istifadə edirdik ki bunun da internetlə əlaqəsi olmurdu bu materiallar yalnız kompyuterin üzərində passiv formada qalırdı. .WEB -2 alətlərindən isə yalnız internetə bağlanmaqla istifadə edilir.Bu alətlərdən istifadə məqsədilə əvvəlcə biz WIKI-dən qeydiyyatdan keçdik.Daha sonra slide show, prezi.com , Photodext.com və learningsApps.org. kimi WEB-2 alətlərindən istifadə etmək üçün hər birindən ayrı- ayrılqda qeydiyyatdan keçdik.Burada təqdimat üçün ən əlverişlisi Prezi.com -dur ki buradakı slayıdları animasiyası daha müasir şekildə gedir.


Комментариев нет:
Отправить комментарий