вторник, 21 апреля 2015 г.

XV gün


Bu gun bizim müdafiə günümüz oldu.Hər kəs öz layihə işini təqdim etdi.Apponentlər isə müsbət cəhətləri söyləməklə yanaşı öz səmərəli və uyğun təkliflərini irəli sürdülər .Müdafiə başa catdıqdan sonra isə 17.30-da imtahan başladı.Biz 9-u qapalı ,6-sı açıq olmaqla 15 suala cavab verdik.Saat 18.00 isə imtahan başa catdı.Sonda biz xatirə şəkili də cəkdirdik.
Mən bu kursdan çox faydalandım.Öyrəndiyim WEB-2 alətlərinin istifadəsini bilmək bir müəllim kimi ən böyük uğurum və qazancım hesab edirəm.Əminəm ki.gələcək dərslərimin daha keyfiyyətli qurulmasında bu yiyələndiyim bacarıqlar mənim ən böyük yardımçım olacaq.
     Bütün bu bacarıqları bizə aşılayan .tədris edən Symur Allahverdiyevə öz dərin təşşəkkürümü bildirməyi özümə borc bilirəm.Öz həmkarlarıma isə öz gələcək işlərində uğurlar arzu edirəm  








суббота, 18 апреля 2015 г.

XIV gün

                       
Artıq özümüzün Layihə Portfoliosu üçün bu kursda yaratdığımız materialları yenidən nəzərdən keçirdik çatışmamazlıqlar tam aradan qaldırıldı.Bizim müxtəlif dəstək 
materiallarımızı və tam şagirdyönümlü Layihəmiz var. Bunlar şagirdlərin XXI əsrin bilik və bacarıqlarını inkişaf etdirmələrinə və özlərini istiqamətləndirməsinə təşviq etməkdə onlara kömək edir. Yəqin ki, sözü gedən Layihəni sinifdə keçib şagirdlərin reaksiyasının necə olacağını təsəvvür edəcəyik.Layihə Portfolionuzun bütün hissələrini tamamlamış olduğunuzdan əmin olduqdan sonra biz partfoliomuzu təhvil verdik.Burada biz sorğu anketinin finish bölməsini başa çatdırdıq.  Lakin Layihəmiz və onu necə təkmilləşdirmək üzərində düşünmək üçün bizim hələ iki əlavə imkanınımız var.
 Bu məşğələdə  Layihə Portfoliomuzu  özümüz qiymətləndirəcəyik.Bu baxımdan bizim ağ və qara apponentlərimiz açıqlandı.Biz apponentlərimizin işinə düzgün rəy vermək üçün onların bütün işlərini gözdən keçirdik.Müdavim yoldaşlarıma uğurlar arzu edirəm.
   

среда, 15 апреля 2015 г.

XIII GÜN

XIII gün yenidən blog yazılarının müzakirəsi oldu.Hər kəsin  işi qiymətləndirildi çatışmazlıqlar aradan qaldırıldı.

Sonra" Fasilitasiya" anlayışı və onun rolu ,əhəmiyyəti haqqında bir daha izahat verildi.Bir daha izah olundu ki, fasilitator istiqamət verən bələdçilik edəndir.Müəllim niyə fasilitator adlanır?
Ənənəvi təhsildə müəllim hər şeyi özü izah edirdi və şagird hər şeyə düşünmədən beyin hemlesi etmədən rahat nail olurdu.Bu isə yaddaşda qısa müddətli qalırdı.Müasir təhsil sistemində isə müəllim şagirdin qarşısına problem qoyur, istiqamət verərək,  onun bir başa həllini yox, onun həlli yolunu göstərərək fasilitator rolunu oynayır.Şagird maragına uyğun tapşırıq yerinə yetirməklə problemin həlli yolunu tapır.Hər şeyə zəhmət çəkib özü araşdırdığı üçün bu onun yaddaşında uzun müddətli qalır.
Əgər ənənəvi dərsdə müəllim dediyini şagird qanun kimi qəbul edirdisə, müasir tədrisdə isə şagird müəllimin dedikləri ilə razılaşmaya bilər, özü sərbəst fikir söyləyə və ideyalar irəli sürə bilər.
     Növbəti mərhələ layihənin öyrənilməsi planınin yekunlaşdırılması oldu.Hər kəsin işinə baxış keçirilərək düzəlişlər edildi.

вторник, 14 апреля 2015 г.

XII gün

 Növbəti məşgələdə müəllim bloquna yenidən baxış keçirildi.Burada hər kəsin işinə nəzər salındı çatışmamazliqlar qeyd edildi sonra hemin qeyidlər əsasında her kəs öz işinə düzəlişlər edərək daha da təkmilləşdirir.Və nəticədə daha mükəmməl iş ortaya çıxır.
Check list haqqında yeni biliklər bizə təqdim olundu.Check list yoxlama vərəqləridir.Müəllim tərəfindən hazırlanır və şagirdlərə paylanır.Bu şagird nailiyyətlərinin izlənməsiüçün dəstək rolunu oynayır.Check list özünü qiymətləndirmədir.Onlar verilən meyarları izləyərək layihəni işləyir, əgər hər hansı bir mərhələ yerinə yetirilməsə,, unudulmuş olsa onlar meyarlara nəzər salaraq, onları yerinə yetirir, layihənin tələb etdiyi istiqamət üzrə tamamlayır.Əhəmiyyəti ondan ibarətdir ki,layihənin düzgün istiqamətləndirilməsində şagirdlərə yardımçı olur( unudulan məqamlar qalmır).Modul 10 səhifəsində yoxlama vərəqlərini özünüqiymətləndirmə sənədində yaddaşda saxlayıb üzərində əməliyyatlar apardıq.Belelikle tedrisde problemleri olan sagirdlere (yeni yaradiciliq qabiliyyeti zeyif,tehlil etme,sistemlesdirme bacarigi az olan sagirdler) tapsiriqlar hazirladiq.Ozunu qiymetlendirme senedinde yaddasa saldiq.
Əgər verilən meyarlar her biri yerinə yetirilərsə nəticədə mükəmməl layihə alınacaq.Bu həmçini tənqidi-təfəkkürü də inkişaf etdirmiş olur.

понедельник, 13 апреля 2015 г.

XI GÜN

 Şagird işi və layihə planına təkrar baxış keçirildi  deyişikliklər edərək təkmilləşdirdik.
Şagird bloqları 3,2,1 qaydasıyla müzakirə olundu.Cütlərlə yaradılan işlərə baxış keçirdik.Layihə blogunun 3 mənfi,2 müsbət cəhət və 1 məsləhət qeyd etdik.Belelikle görülən işləri yenidən nəzərdən keçirmiş olduq.
Daha sonra blogun nə cür qiymətləndirilməsi mövzusu ətrafında müzakirə oldu. Qiymətləndirmə üçün müəyyən bir meyarlar seçilir.Məsələn meyarlar məzmun,tərtibat,mövzunun aktuallığı,tehlil,müqayisə və tədqiqatın araşdırılmasına əsasən qurula 
bilər.Qiymətləndirmənin önəmi ondan ibarətdirki meyarlar öncədən seçildiyinə görə və şagirdlər meyarlarla taniş olduğuna görə bu qiymətləndirmə obyektiv olur.Layihənin hər bir tərəfi qiymətləndirilir və heç bir məqam diqqətdən kənar qalmir.Sonra bizə qiymətləndirmə cədvəli verildi.Biz  4 səviyyədə meyarlar tertib etdik.
   növbəti tanışlıq Qardner nəzəriyyəsi oldu.Buradan aydın izah olundu ki şagirdlər öyrənmə səviyyəsinə və  qavrama tərzlərinə görə 3 tipə bölünür.
1)Visual 
2)Akustik
3)Kinesstetik
Vizual qavrama görərk ,Akustik eşitmə, Kinestetik isə toxunma vasitəsilə qavrama tərzidir.
Bu da muasir təlimdə şagirdlərə fərdi yanaşmanın vacib oldugunu təsdiqləyir.
Həmçini şagirdlərin bəzilərində beyinin sağ bəzilərin də isə sol yarimkürəsi inkişaf edib ki bu da onları inteqral və analitik olmalarinda özünü ğöstərir.Buna görə hər bir şagirdin özünə uygun yanaşmaq və tapşırıq vermək lazimdir.Bu isə differensiallaşma yəni fərqləndirmə adlanır.

пятница, 10 апреля 2015 г.

X Gün

  
Bu gün müzakirəmiz şagird işləri necə hazırlanır mövzusu ətrafında oldu.Biz təqdimati şagird blogunda edəcəyimiz üçün bu haqda daha genis məlumat aldıq.Ümumiyyətlə blog nədir onun mahiyyəti nədən ibarətdir onu öyrəndik.Blog tərcümədə ''gündəlik'' deməkdir.Bir səxs tərəfindən hazırlanır, müəyyən informasiya və ya mətn paylasılır.Biz şagird blogunun yaradılması üsulunu öyrəndik.Sonra müxtəlif ixtisaslara aid olan şagird blogları nümunələri ilə tanış olduq.Bu nümunələr bizə öz işimizdə müəyyən bir istiqamət götürməyə yardımçı oldu.Yeni şagird blogu yaratdiq ve 3 səhifədən az olmayaraq şagird təqdimatı hazırladıq.
Səhifələrdə layihənin gedişi zamanı bir qrupun gördüyü işlər əks olunur.Şagirdlər öz işlərini təqdimat şəkilində aparır onlar da öz növbələrində bunları şagird bloqunda əks etdirirlər.Bu da onların layihəni necə aparmaqlarını izləməkdə müəllimə yardımçı olur.
    Şagirdlərin bütün istifadə etdikləri materiallar şagird nümunələri qovluguna yerləşdirilir.

четверг, 9 апреля 2015 г.

IX GUN



IXgun Web2 alətlərinin təhlili və ondan istifadə qaydalarına əməl etmək oldu.BizPREZİ.com, PHOTOdex,LearningsAPPs.org,SLİDEshare.com alətlərindən qeydiyyatdan keçdik və onlardan istifadə qaydalarını təkmilləşdirdik.Bütün bunlar müəllimə və eləcədə, şagirdlərə müasir təlimdə cox əlverişli və səmərəli  iş təşkil etməkdə ən yaxşı vasitədir. 
   Bu gün şagirdlər sosial şəbəkələrdən çox istifadə edirlər.Onların  tehsilə maragı azalır.Lakin müəllim şagirdləri ilə sosial şəbəkədə qrup yaratmaqla onlara maraqlı tedrislə əlaqəli  krossvordlar, testlər, puzzl-lar teqdim etməklə onları telimə cəlb edə bilər, onlarda tədrisə maraq oyada bilər.Bu taktika ilə də müəllim şagirdlərin sosial şəbəkədən səmərəli istifadə etmələrini təmin edə bilər.
Növbəti məşgələ şagird işlərinin nümunələrilə tanışlıq oldu ki,bu da bizə görəcəyimiz işə istiqamət verməyə kömək edəcək. Bizə layihə zamanı qrupların  hansı şəkildə işləməklərində onlara yardimçi olmağa məsləhət və istiqamət verməyə eləcədə kömək etməyə yardımçı olacaq.

понедельник, 6 апреля 2015 г.

VIII Gün

Təlimin VIII günü təqdimat zamanı istifadə etdiyimiz şəkilləri resuslar qovluguna yerleşdirməyi həyata keçirdik.Sonra  Müəlliflik hüququ qanununun 107 maddəsinin ədalətli istifadəsinə əsaslanaraq istifadə etdiyimiz şəkillərin linkini (URL) planlar qovluğunda mövzunun öyrənilməsi planı hissəsində iternet resusları bölməsinə qeyd edirik.Bu həm müəllifin hüququnu qoruyur həm də bizi hər hansı bir məsuliyyətdən uzaq tutur.
Sonra biz ünsiyyət qurmaq məqsədilə internetdən istifadə yollarını araşdırdıq.İnternet komunikasiya vasitələri şagirdlərə layihəni həyata keçirərkən onlara həm, böyük həm də öz yaşıdları ilə ünsiyyət qurmaq imkanı verir.Lakin hər bir şagirdin kompyuterlə təmin olduğu sinifdə elektron yolla ünsiyyət qurmaq şagirdlərin diqqətini layihənin həllindən yayındıra bilər.Buna görə belə otaqlarda müəllim bunlara nəzarət etməlidir ki, verilən tapşırıqlar vaxtında yerinə yetirilsin.Lahiyənin keyfiyyətli yerinə yetirilməsində elektron komunikasiya vasitələrinin böyük təsiri var.
növbəti mərhələdə WEB- 2 alətləri ilə tanışlıq və onlardan istifadə qaydaları oldu.Biz əvvəllər Web- 1 alətlərindən istifadə  edirdik ki bunun da internetlə əlaqəsi olmurdu  bu materiallar yalnız kompyuterin üzərində passiv formada qalırdı.  .WEB -2 alətlərindən isə yalnız internetə bağlanmaqla istifadə edilir.Bu alətlərdən istifadə məqsədilə əvvəlcə biz WIKI-dən qeydiyyatdan keçdik.Daha sonra slide show, prezi.com , Photodext.com və learningsApps.org. kimi WEB-2 alətlərindən istifadə etmək üçün hər birindən ayrı- ayrılqda qeydiyyatdan keçdik.Burada təqdimat üçün ən əlverişlisi Prezi.com -dur ki buradakı slayıdları animasiyası daha müasir şekildə gedir. 
LearningsApps.org. isə tapşırıqların, krossvord və puzzlların hazırlanmasında ən yaxşı köməkçi alətdir. wiki

пятница, 3 апреля 2015 г.

VII GUN




VII gün GOOGLE DİSK haqqda məlumat verildi.Google Disk online yaddaşdır.Burada 15 GB pulsuz istifadə etmk ikanı var.Virus itmə sınma ogurlanma kimi təhlükəlrdən tam uzaq bir vasitədir.sadəcə öz parol və loginizi yadda saxlamaqla, özünüzlə heç bir vəsait daşımadan, istənilən məkanda rahat internetə qoşulmaq imkanınız var.Burada həmçini hər hansı bir işi bir neçə nəfərlə eyni zamanda lakin müxtəlif məkanlarda olsa belə bir -birini izləməklə işəlyib, yerinə yetirmək mümkündür..Google disk bizim is gördüyümüz materialları (word,excel,powerpoint kimi office proqramlarını ve s.)daim yaddaşda saxlamaq imkanını bizə yaradir.Müəyyən əməliyyatı həyata kecirmekle sənəd ve ya qovluğu secirik ve diskə yuklənir.Google disk vasitəsiylə istənilən sənədi bir neçə insanı seçməklə yalnız onlarla ve ya butun internet istifadecileri ile paylasa bilerik.Bu gun bize temel movzu mezmun suallarindan ibaret cedvel verildi.Biz onun uzerinde elave suallar yazdiq.Ustunluyu ondan ibaretdirki bu emeliyyat online oldugu ucun istenilen yerde reallasdirmaq olur.Qrup bir yere toplanmaqan qrupla is gorur ve biz onu izleye bilirik.
Daha sonra intel viewer --madad.net linkine daxil olub XXI esr bacariqlari ile tanis olduq.Cunki bizim esas meqsedimiz sagirdlerde tedqiqat aparmaq,unsiyyet qurmaq,emekdasliq,yaradiciliq kimi bacariqlari inkisaf etdirmekdir.
Muellif huquqlari nedir bu barede biliklere sahib olduq.Beleki muellif huququ is ayratmaq,cemiyyet qarsisinda cixis etmek ve ya derc etmeye dair mustesne huquqdur.Biz muellif huququ ile qorunmus isden minimum istifade miqdarinin cedveli ile tanis olduq.Bir menali olaraq istifede olunan resursun muellifi qeyd olunmalidir.Layiheyle bagli google axtaris sehifesinde biz metn,informasiya,sekil,video ve s.ucun axtaris verdik.Resurslar qovlugunda word yaratdiq ve secdiyimiz metnleri orda yerlesdirdik.Metnin linkini ise planlar--tedris materiallarinda yerlesdirdik.Eyni qayda sekil secimine de tetbiq olundu.
 


среда, 1 апреля 2015 г.

VI Gün

 Təlimin Vİ günü Müəllim təqdimatına aid edildi.Layihəni şagirdlərə tapşirmamişdan əvvəl onlar görəcəyi işləri hansı istiqamətdə aparmalarını müəyyən etmələri üçün müəllim təqdimatı olmalıdır.Müəllim layihəsinin mövzusunu, tələblərini, keçirmə səbəblərini, təməl və mövzu suallarını,layihənin keçirilməsinə verilən vaxtı ,hər bir şagirdin hansı qrupda işləyəcəyi və nəyi araşdıracağını onlara bildirir. Müəllim təqdimatının nümyişindən sonra şagirdlər aydın şəkildə layihə üzərində üzərilərinə düşən tapşırığı yerinə yetirməyə qadir olub olmadiqlarına əmin olurlar və hər kəs bilik və bacarığına uyğun tapşırığı yerinə yetirməyi qərarlaşdırır
Əvvəlcə layihənin qısa təsvir mövzunun öyrənilməsi planı səhifəsində qeyd olunur sonra isə tam xülasisəni qeyd edirik.Qısa təsvirdən fərqli olaraq adından məlum olduğu kimi layihənin tam xülasisəsi geniş şəkildə qeyd olunur.Burada həm müəllimin  ,həm də şagirdlərin bütün  fəaliyyəti addım-addım yazılır.Onların istiqamətləri ,nə edəcəklərivə nəyə nail olacaqları burada izlənilir.
Burada həmçini onların İKT bacarıqları da aşkarlanır.Qruplara verilmiş tapşırıqları bura qeyd etmək olar.