вторник, 21 апреля 2015 г.

XV gün


Bu gun bizim müdafiə günümüz oldu.Hər kəs öz layihə işini təqdim etdi.Apponentlər isə müsbət cəhətləri söyləməklə yanaşı öz səmərəli və uyğun təkliflərini irəli sürdülər .Müdafiə başa catdıqdan sonra isə 17.30-da imtahan başladı.Biz 9-u qapalı ,6-sı açıq olmaqla 15 suala cavab verdik.Saat 18.00 isə imtahan başa catdı.Sonda biz xatirə şəkili də cəkdirdik.
Mən bu kursdan çox faydalandım.Öyrəndiyim WEB-2 alətlərinin istifadəsini bilmək bir müəllim kimi ən böyük uğurum və qazancım hesab edirəm.Əminəm ki.gələcək dərslərimin daha keyfiyyətli qurulmasında bu yiyələndiyim bacarıqlar mənim ən böyük yardımçım olacaq.
     Bütün bu bacarıqları bizə aşılayan .tədris edən Symur Allahverdiyevə öz dərin təşşəkkürümü bildirməyi özümə borc bilirəm.Öz həmkarlarıma isə öz gələcək işlərində uğurlar arzu edirəm  








суббота, 18 апреля 2015 г.

XIV gün

                       
Artıq özümüzün Layihə Portfoliosu üçün bu kursda yaratdığımız materialları yenidən nəzərdən keçirdik çatışmamazlıqlar tam aradan qaldırıldı.Bizim müxtəlif dəstək 
materiallarımızı və tam şagirdyönümlü Layihəmiz var. Bunlar şagirdlərin XXI əsrin bilik və bacarıqlarını inkişaf etdirmələrinə və özlərini istiqamətləndirməsinə təşviq etməkdə onlara kömək edir. Yəqin ki, sözü gedən Layihəni sinifdə keçib şagirdlərin reaksiyasının necə olacağını təsəvvür edəcəyik.Layihə Portfolionuzun bütün hissələrini tamamlamış olduğunuzdan əmin olduqdan sonra biz partfoliomuzu təhvil verdik.Burada biz sorğu anketinin finish bölməsini başa çatdırdıq.  Lakin Layihəmiz və onu necə təkmilləşdirmək üzərində düşünmək üçün bizim hələ iki əlavə imkanınımız var.
 Bu məşğələdə  Layihə Portfoliomuzu  özümüz qiymətləndirəcəyik.Bu baxımdan bizim ağ və qara apponentlərimiz açıqlandı.Biz apponentlərimizin işinə düzgün rəy vermək üçün onların bütün işlərini gözdən keçirdik.Müdavim yoldaşlarıma uğurlar arzu edirəm.
   

среда, 15 апреля 2015 г.

XIII GÜN

XIII gün yenidən blog yazılarının müzakirəsi oldu.Hər kəsin  işi qiymətləndirildi çatışmazlıqlar aradan qaldırıldı.

Sonra" Fasilitasiya" anlayışı və onun rolu ,əhəmiyyəti haqqında bir daha izahat verildi.Bir daha izah olundu ki, fasilitator istiqamət verən bələdçilik edəndir.Müəllim niyə fasilitator adlanır?
Ənənəvi təhsildə müəllim hər şeyi özü izah edirdi və şagird hər şeyə düşünmədən beyin hemlesi etmədən rahat nail olurdu.Bu isə yaddaşda qısa müddətli qalırdı.Müasir təhsil sistemində isə müəllim şagirdin qarşısına problem qoyur, istiqamət verərək,  onun bir başa həllini yox, onun həlli yolunu göstərərək fasilitator rolunu oynayır.Şagird maragına uyğun tapşırıq yerinə yetirməklə problemin həlli yolunu tapır.Hər şeyə zəhmət çəkib özü araşdırdığı üçün bu onun yaddaşında uzun müddətli qalır.
Əgər ənənəvi dərsdə müəllim dediyini şagird qanun kimi qəbul edirdisə, müasir tədrisdə isə şagird müəllimin dedikləri ilə razılaşmaya bilər, özü sərbəst fikir söyləyə və ideyalar irəli sürə bilər.
     Növbəti mərhələ layihənin öyrənilməsi planınin yekunlaşdırılması oldu.Hər kəsin işinə baxış keçirilərək düzəlişlər edildi.

вторник, 14 апреля 2015 г.

XII gün

 Növbəti məşgələdə müəllim bloquna yenidən baxış keçirildi.Burada hər kəsin işinə nəzər salındı çatışmamazliqlar qeyd edildi sonra hemin qeyidlər əsasında her kəs öz işinə düzəlişlər edərək daha da təkmilləşdirir.Və nəticədə daha mükəmməl iş ortaya çıxır.
Check list haqqında yeni biliklər bizə təqdim olundu.Check list yoxlama vərəqləridir.Müəllim tərəfindən hazırlanır və şagirdlərə paylanır.Bu şagird nailiyyətlərinin izlənməsiüçün dəstək rolunu oynayır.Check list özünü qiymətləndirmədir.Onlar verilən meyarları izləyərək layihəni işləyir, əgər hər hansı bir mərhələ yerinə yetirilməsə,, unudulmuş olsa onlar meyarlara nəzər salaraq, onları yerinə yetirir, layihənin tələb etdiyi istiqamət üzrə tamamlayır.Əhəmiyyəti ondan ibarətdir ki,layihənin düzgün istiqamətləndirilməsində şagirdlərə yardımçı olur( unudulan məqamlar qalmır).Modul 10 səhifəsində yoxlama vərəqlərini özünüqiymətləndirmə sənədində yaddaşda saxlayıb üzərində əməliyyatlar apardıq.Belelikle tedrisde problemleri olan sagirdlere (yeni yaradiciliq qabiliyyeti zeyif,tehlil etme,sistemlesdirme bacarigi az olan sagirdler) tapsiriqlar hazirladiq.Ozunu qiymetlendirme senedinde yaddasa saldiq.
Əgər verilən meyarlar her biri yerinə yetirilərsə nəticədə mükəmməl layihə alınacaq.Bu həmçini tənqidi-təfəkkürü də inkişaf etdirmiş olur.

понедельник, 13 апреля 2015 г.

XI GÜN

 Şagird işi və layihə planına təkrar baxış keçirildi  deyişikliklər edərək təkmilləşdirdik.
Şagird bloqları 3,2,1 qaydasıyla müzakirə olundu.Cütlərlə yaradılan işlərə baxış keçirdik.Layihə blogunun 3 mənfi,2 müsbət cəhət və 1 məsləhət qeyd etdik.Belelikle görülən işləri yenidən nəzərdən keçirmiş olduq.
Daha sonra blogun nə cür qiymətləndirilməsi mövzusu ətrafında müzakirə oldu. Qiymətləndirmə üçün müəyyən bir meyarlar seçilir.Məsələn meyarlar məzmun,tərtibat,mövzunun aktuallığı,tehlil,müqayisə və tədqiqatın araşdırılmasına əsasən qurula 
bilər.Qiymətləndirmənin önəmi ondan ibarətdirki meyarlar öncədən seçildiyinə görə və şagirdlər meyarlarla taniş olduğuna görə bu qiymətləndirmə obyektiv olur.Layihənin hər bir tərəfi qiymətləndirilir və heç bir məqam diqqətdən kənar qalmir.Sonra bizə qiymətləndirmə cədvəli verildi.Biz  4 səviyyədə meyarlar tertib etdik.
   növbəti tanışlıq Qardner nəzəriyyəsi oldu.Buradan aydın izah olundu ki şagirdlər öyrənmə səviyyəsinə və  qavrama tərzlərinə görə 3 tipə bölünür.
1)Visual 
2)Akustik
3)Kinesstetik
Vizual qavrama görərk ,Akustik eşitmə, Kinestetik isə toxunma vasitəsilə qavrama tərzidir.
Bu da muasir təlimdə şagirdlərə fərdi yanaşmanın vacib oldugunu təsdiqləyir.
Həmçini şagirdlərin bəzilərində beyinin sağ bəzilərin də isə sol yarimkürəsi inkişaf edib ki bu da onları inteqral və analitik olmalarinda özünü ğöstərir.Buna görə hər bir şagirdin özünə uygun yanaşmaq və tapşırıq vermək lazimdir.Bu isə differensiallaşma yəni fərqləndirmə adlanır.

пятница, 10 апреля 2015 г.

X Gün

  
Bu gün müzakirəmiz şagird işləri necə hazırlanır mövzusu ətrafında oldu.Biz təqdimati şagird blogunda edəcəyimiz üçün bu haqda daha genis məlumat aldıq.Ümumiyyətlə blog nədir onun mahiyyəti nədən ibarətdir onu öyrəndik.Blog tərcümədə ''gündəlik'' deməkdir.Bir səxs tərəfindən hazırlanır, müəyyən informasiya və ya mətn paylasılır.Biz şagird blogunun yaradılması üsulunu öyrəndik.Sonra müxtəlif ixtisaslara aid olan şagird blogları nümunələri ilə tanış olduq.Bu nümunələr bizə öz işimizdə müəyyən bir istiqamət götürməyə yardımçı oldu.Yeni şagird blogu yaratdiq ve 3 səhifədən az olmayaraq şagird təqdimatı hazırladıq.
Səhifələrdə layihənin gedişi zamanı bir qrupun gördüyü işlər əks olunur.Şagirdlər öz işlərini təqdimat şəkilində aparır onlar da öz növbələrində bunları şagird bloqunda əks etdirirlər.Bu da onların layihəni necə aparmaqlarını izləməkdə müəllimə yardımçı olur.
    Şagirdlərin bütün istifadə etdikləri materiallar şagird nümunələri qovluguna yerləşdirilir.