понедельник, 30 марта 2015 г.

V Gün








Təlim prosesində müvafiq əksəlaqənin təmin edilməsi üçün şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin olması  çox mühümdür.Artıq təlim prosesinin məlhələlərinə uyğun olaraq müxtəlıf qiymətləndirmə üsullarindan istifadə edilir.Bildiyimiz kimi qiymətləndirmənin 3 növü müəyyən edilib:1)Beynəlxalq   2)Milli  3) Məktəbdaxili.
Nəzərdə tutdugumuz layihənin reallaşmasına nail olmaq ücün biz məktəbdaxili qiymətləndirmə üsullarından istifadə edirik:a)Diaqnostik  b)Formativ  c)Summativ 
Layihənin şagirdlərin səviyyəsinə uyğun seçilməsinə əmin olmaq üçün onların bu mövzu əsasında ilkin biliklərini təyin etmək üçün diaqnostik qiymətləndirmə üsullarından istifadə edilir.Şagirdlərin ilkin bacarıgını müəyyən etmədən onlara layihə tapşırmaq olmaz.Buna görə ilknolaraq diaqnostik qiymətləndirmə aparmaq vacibdir.
Layihənin gedişi zamanı şagirdlərin irəlıləməsinə stimul vermək  və geriləməsini müşahidə edərkən düzəliş vermək üçün isə formativ qiymətləndirmədən istifadə edilir.Adından göründüyü kimi şagirdin formalaşmasina təkan verir.
Layihənin sonunda təqdimatın nümayişi zamanı şagirdlərin təqdimat bacarıgına son qiymət təyin olunur.
Bunları müzakirə etdikdən sonra hər kəs öz layihəsinə uyğun qiymətləndirmə variantinı işləyib hazırladı.
Bu qiymətləndirmələrin aparilması zamanı BİBÖ və KLASTER(şaxələnmə) üsulundan istifadə etmək daha gözəl effek verir.
Rotating Download Animated Clipart


                  Search Button Animated Clipart

Комментариев нет:

Отправить комментарий